Banknotlar və saxta pul kəsilməsinə qarşı tədbirlər

Bütün ölkələrdə banknot şəkillərinin reproduksiya edilməsi qanunla məhdudlaşdırılır. Saxta pul kəsilməsi cinayətdir və hər ölkədə belə məhdudlaşmaların dərəcəsi fərqlənsə də, bəzi dövlətlərdə banknot şəkillərinin hətta yaradıcılıq və ya reklam təyinatlı reproduksiya edilməsi kəskin sürətdə qadağandır. Bəzi hallarda banknot şəkillərinin istifadə olunmasna icazə verilən ölkələrdə isə xüsusi qayda və tələblər tətbiq edilir. Bu veb-saytda banknot şəkillərinin reproduksiya edilməsi haqqında məlumat və bu barədə daha ətraflı öyrənmək üçün bəzi ölkələrin veb-saytlarına istinadlar təqdim olunur.


Saxta pul kəsilməsindən cəmiyyətə vurulan zərər ümumiyyətlə az olduğuna baxmayaraq, ayrı-ayrı sakin və müəssisələr bundan ən çox ziyan görürlər, çünki saxta pulu qəbul edənlərə vurulan ziyanı heç kim ödəmir. Saxta pul kəsilməsi ödəniş sistemini inamdan sala bilər və sakinlərin nağd pulla hesablaşmalarını şübhə altına qoya bilər.

Bu veb-sayt layihəsi Mərkəzi Bankın Saxtakarlıqdan Müdafiə Qrupu (CBCDG) tərəfindən həyata keçirilir. CBCDG tərəfindən Saxtakarlıqla Mübarizə Sistemi (CDS) işlənib hazırlanmışdır ki, saxta pul kəsilməsində personal kompyuter, rəqəmsal surət çıxaran avadanlıq və proqram təminatının tətbiq edilməsinin qarşısı alınsın. CDS avadanlıq və proqram təminatı istehsalçıları tərəfindən könüllü olaraq qəbul olunmuş və personal kompyuter və rəqəmsal surət çıxaran avadanlıqlar üçün qorunan banknotların surətini çıxarmaq və ya onları reproduksiya etməyə imkan vermir. Lakin texnologiya personal kompyuter və ya rəqəmsal surət çıxaran avadanlıqların harada istifadə olunmasını izləyə bilmir.

Hansısa bir ölkə və ya istifadə etmək istədiniz banknota aid məlumatı əldə etmək üçün xəritədə müvafiq regiona basın və ya siyahıdan müvafiq ölkə və ya valyutanı seçin.

1.

Regionlar:

Siyahıdan regionu seçin və ya aşağıdakı xəritədə göstərib basın
 

Valyuta:

Ölkə:

Dil:

CHF – Isveçrə frankı Isveçrə, Lixtenşteyn ingilis, fransız, alman

Rəsmi bank və ya şöbə:

Əlaqə:

Istinadlar:

Isveçrənin Milli Bankı

Cash Division/Administration
Bundesplatz 1
CH-3003 Berne
Switzerland

Tel.: +41 31 327 0211
Faks: +41 31 327 0228
E-mail: bargeld@snb.ch

Təlimat səhifəsi

Banknotların aşağı keyfiyyətli şəkilləri

Banknotların reproduksiyası haqqında ümumi məlumat:

Bankontların hissələrini dəyişdirmək qadağandır, çünki bu insanı aldata bilər.

Əgər yalnız banknotun bir hissəsi reproduksiya edilirsə, misal üçün, banknotun reversində yerləşən müəyyən bir şəxsin və ya rəsmin reproduksiyası çıxarılırsa, Isveçrə Milli Bankının səlahiyyətinə daxil olmayan müəllif hüquqları ilə bağlı mübahisəli məsələlər meydana çıxa bilər.

Çap vasitələrlə reproduksiya:

Təlimatda reproduksiya çıxarılmasının qaydaları təsvir olunur və həmi qaydalara riayət edərkən surəti əsl banknotla qarışıq salmaq olmaz.

Çap vasitərilə reprodaksiya çıxarılması üçün müvəqqəti istifadə edilməsi üçün banknotların rəqəmsal şəkilləri (150 dpi keyfiyyətli) və ya surətlərini təqdim edirik. Materialların üstündə çəpinə çəkilmiş «SPECIMEN» (örnək). Yalnız banknotların reproduksiya edilməsinin səbəbi göstərilən və «müqavilə»-nin şərtləri qəbul edilən (bu üçün imzalanmış şərtləri ünvanımıza göndərmək lazımdır) hallarda şəkillər təqdim olunur. Əlavə olaraq, həmin şəkilləri üçüncü şəxs və ya təşkilatlara ötürmək qadağandır və təqdim edilmiş bütün materiallar Isveçrəinin Milli Bankına ceri qaytarılmalıdır. Istifadə edən şəxslər materialların saxlanılmasına görə cavabdehdirlər.

Bütün neqativlər, fotoplastinkalar, pozitivlər, rəqəmsal saxlanılma vasitələri, qrafika faylları, maqnit vasitələri, məlumatın optika saxlanılma vasitələri və banknotların tam və ya qismən şəkilləri olan başqa avadanlıq işlər sona çatdırılandan sonra məhv olunmalıdır.

Elektron vasitələrlə reproduksiya:

Banknotun rəqəmsal şəkili sərbəst olaraq yayılan halda aşağıdakı kriterilərə uyğun olmalıdır:

  • Keyfiyyəti 72 dpi və ya aşağı olmalıdır.
  • Surətin üstündə çəpinə çəkilr «SPECIMEN» (örnək). Həmin yazı banknotun rəngindən kəskin sürətdə fərqlənməlidir, onun uzunluğu şəkilin 75%, hərflərin hündürlüyü isə şəkilin 15%-nı təşkil etməlidir.