Banknotlar və saxta pul kəsilməsinə qarşı tədbirlər

Bütün ölkələrdə banknot şəkillərinin reproduksiya edilməsi qanunla məhdudlaşdırılır. Saxta pul kəsilməsi cinayətdir və hər ölkədə belə məhdudlaşmaların dərəcəsi fərqlənsə də, bəzi dövlətlərdə banknot şəkillərinin hətta yaradıcılıq və ya reklam təyinatlı reproduksiya edilməsi kəskin sürətdə qadağandır. Bəzi hallarda banknot şəkillərinin istifadə olunmasna icazə verilən ölkələrdə isə xüsusi qayda və tələblər tətbiq edilir. Bu veb-saytda banknot şəkillərinin reproduksiya edilməsi haqqında məlumat və bu barədə daha ətraflı öyrənmək üçün bəzi ölkələrin veb-saytlarına istinadlar təqdim olunur.


Saxta pul kəsilməsindən cəmiyyətə vurulan zərər ümumiyyətlə az olduğuna baxmayaraq, ayrı-ayrı sakin və müəssisələr bundan ən çox ziyan görürlər, çünki saxta pulu qəbul edənlərə vurulan ziyanı heç kim ödəmir. Saxta pul kəsilməsi ödəniş sistemini inamdan sala bilər və sakinlərin nağd pulla hesablaşmalarını şübhə altına qoya bilər.

Bu veb-sayt layihəsi Mərkəzi Bankın Saxtakarlıqdan Müdafiə Qrupu (CBCDG) tərəfindən həyata keçirilir. CBCDG tərəfindən Saxtakarlıqla Mübarizə Sistemi (CDS) işlənib hazırlanmışdır ki, saxta pul kəsilməsində personal kompyuter, rəqəmsal surət çıxaran avadanlıq və proqram təminatının tətbiq edilməsinin qarşısı alınsın. CDS avadanlıq və proqram təminatı istehsalçıları tərəfindən könüllü olaraq qəbul olunmuş və personal kompyuter və rəqəmsal surət çıxaran avadanlıqlar üçün qorunan banknotların surətini çıxarmaq və ya onları reproduksiya etməyə imkan vermir. Lakin texnologiya personal kompyuter və ya rəqəmsal surət çıxaran avadanlıqların harada istifadə olunmasını izləyə bilmir.

Hansısa bir ölkə və ya istifadə etmək istədiniz banknota aid məlumatı əldə etmək üçün xəritədə müvafiq regiona basın və ya siyahıdan müvafiq ölkə və ya valyutanı seçin.

1.

Regionlar:

Siyahıdan regionu seçin və ya aşağıdakı xəritədə göstərib basın
 

Valyuta:

Ölkələr:

Dillər:

GBP – funt sterlinq Birləşmiş Krallıq İngilis dili

Rəsmi bank və ya şöbə

Əlaqə məlumatı

Keçidlər:

İngiltərə Bankı

Reproductions Officer
Bank of England
Threadneedle Street
London EC2R 8AH
United Kingdom

E-poçt banknote.reproductions@
bankofengland.co.uk

İngiltərə Bankının prinsipləri

İngiltərə Bankının Banknot Təsvirləri Kitabxanası

Banknotların reproduksiyası haqqında ümumi məlumat:

1981-ci ildə qəbul edilmiş "Saxtalaşdırma və saxtakarlıq haqqında" Qanunun 18 (1) maddəsinə uyğun olaraq, hər hansı şəxs tərəfindən istəniləni İngiltərə Bankının banknotunun tam ölçülü və ya qismən hər hansı maddədə və düzgün və ya yanlış miqyasda reproduksiyası İngiltərə Bankının öncədən yazılı razılığı olmadan cinayət hesab edilir. İngiltərə Bankı həmçinin öz banknotlarının müəllif hüquqlarına sahibdir.

Banknotların reproduksiyaları təhqiredici və yersiz kontekstdə və ya bankın fikrincə valyutanın bütövlüyünü şübhə altına ala biləcək formada ola bilməz.

Prosedur

İngiltərə Bankının banknotlarının təsvirlərini istifadə etməyi arzu edənlərin üç seçimi var:

  1. Banknot Təsvirləri Kitabxanası: Razılıq verilmiş təsvirlər banknot təsvirləri kitabxanamızda yerləşir. İstifadəçilər təsvirlərdən istifadə edərkən reproduksiya tələblərini və şərtlərini qəbul etməlidirlər. Şərtləri yerinə yetirməmə hüquqi məsuliyyətlə nəticələnə bilər.
  2. İngiltərə Bankının Banknot Təsvirləri Kitabxanası

  3. Banknotun Reproduksiyaları Ərizəsi: İngiltərə Bankının banknotlarının təsvirlərini istifadə etdikləri zaman fərdlər icazəni bizim tələbləri və şərhləri izah edən Banknot reproduksiyaları ərizə formasını internetdə dorluraraq almalıdırlar.
  4. Banknotun Reproduksiyaları Ərizəsi Formu:

  5. Çap edilə bilən ərizə formunun çap edib doldurmaqla aşağıda göstərilmiş ünvana göndərərək poçt vasitəsilə müraciət etmək mümkündür. Banknotların Reproduksiya Bölməsinin Direktoru ərizənin alınmasından 5 iş günü ərzində cavab verməyə çalışacaq.
  6. Çap edilə bilən ərizə formu

Banknotların reproduksiyası haqqında məktub aşağıdakı ünvana göndərilməlidir:

Bank of England

Banknote Reproductions Officer

Notes Directorate

Threadneedle Street London EC2R 8AH

İngiltərə Bankının Banknotların Reproduksiyası Bölməsinin Direktoruna aşağıdakı əlaqə vasitələri ilə müraciət etmək olar: banknote.reproductions@bankofengland.co.uk və ya +44 (0)20 7601 4028.

Çap KİV-də reproduksiya:

Fiziki reproduksiyalar üçün banknotların təsvirinin reproduksiyasına, bir qayda olaraq, aşağıda göstərilən kriteriyalara riayət olunduqda icazə verilir:

  1. Rproduksiyalar yalnız birtərəflidir.
  2. Reproduksiyalar faktiki banknotların ölçüsünə uyğun gəlməməlidir. Onlar ən azı 25% daha kiçik və ya ən azı 25% daha geniş olmalıdır. Banknotların qismən reproduksiyaları eyni şərtlərə cavab verməlidir.
  3. Banknotların reproduksiyaları təhqiredici və yersiz kontekstdə və ya bankın fikrincə valyutanın bütövlüyünü şübhə altına ala biləcək formada ola bilməz.
  4. Kraliçanın təsvirində təhriflər (genişlənmə, kiçildilmə və ya əyilmədən əlavə) olmamalıdır.
  5. Aşağıdakı şərtlərdən ən azından birinə əməl edilməlidir:

  1. Reproduksiyalar İngiltərə Bankının Banknotlarının çap edilməsi üçün istifadə edilən materiallardan aydın şəkildə fərqlənən və müxtəlif növ material üzərində çap edilməlidir.
  2. 20 ̊-dən çox əyilmə olduğu zaman bir tərəfin tam səthinin 50%-dən çoxunu göstərən reproduksiyalar "SPECIMEN" sözü ilə çap edilməlidir. SPECIMEN işarələri banknotun mərkəzindən 45 ̊ əyilmə ilə boz rəngdə olmalı, eni 1/3 və hündürlüyü 1/10-dən az olmamalıdır.
  3. Bir tərəfin tam səthinin 50%-dən azını göstərən reproduksiyaların əyilməyə və ya "SPECIMEN" sözü ilə çap edilməyə ehtiyacı yoxdur.

Elektron kütləvi informasiya vasitələrlərində reproduksiya:

Rəqəmsal/Digər reproduksiyalar üçün banknotların təsvirinin reproduksiyasına, bir qayda olaraq, aşağıda göstərilən kriteriyalara riayət olunduqda icazə verilir:

  1. Banknotların reproduksiyaları təhqiredici və yersiz kontekstdə və ya bankın fikrincə valyutanın bütövlüyünü şübhə altına ala biləcək formada ola bilməz.
  2. Kraliçanın təsvirində təhriflər (genişlənmə, kiçildilmə və ya əyilmədən əlavə) olmamalıdır.

    Aşağıdakı şərtlərdən ən azından birinə əməl edilməlidir:

  1. 20 ̊-dən çox əyilmə olduğu zaman bir tərəfin tam səthinin 50%-dən çoxunu göstərən reproduksiyalar "SPECIMEN" sözü ilə çap edilməlidir. SPECIMEN işarələri banknotun mərkəzindən 45 ̊ əyilmə ilə boz rəngdə olmalı, eni 1/3 və hündürlüyü 1/10-dən az olmamalıdır.
  2. Bir tərəfin tam səthinin 50%-dən azını göstərən reproduksiyaların əyilməyə və ya "SPECIMEN" sözü ilə çap edilməyə ehtiyacı yoxdur.