Banknotlar və saxta pul kəsilməsinə qarşı tədbirlər

Bütün ölkələrdə banknot şəkillərinin reproduksiya edilməsi qanunla məhdudlaşdırılır. Saxta pul kəsilməsi cinayətdir və hər ölkədə belə məhdudlaşmaların dərəcəsi fərqlənsə də, bəzi dövlətlərdə banknot şəkillərinin hətta yaradıcılıq və ya reklam təyinatlı reproduksiya edilməsi kəskin sürətdə qadağandır. Bəzi hallarda banknot şəkillərinin istifadə olunmasna icazə verilən ölkələrdə isə xüsusi qayda və tələblər tətbiq edilir. Bu veb-saytda banknot şəkillərinin reproduksiya edilməsi haqqında məlumat və bu barədə daha ətraflı öyrənmək üçün bəzi ölkələrin veb-saytlarına istinadlar təqdim olunur.


Saxta pul kəsilməsindən cəmiyyətə vurulan zərər ümumiyyətlə az olduğuna baxmayaraq, ayrı-ayrı sakin və müəssisələr bundan ən çox ziyan görürlər, çünki saxta pulu qəbul edənlərə vurulan ziyanı heç kim ödəmir. Saxta pul kəsilməsi ödəniş sistemini inamdan sala bilər və sakinlərin nağd pulla hesablaşmalarını şübhə altına qoya bilər.

Bu veb-sayt layihəsi Mərkəzi Bankın Saxtakarlıqdan Müdafiə Qrupu (CBCDG) tərəfindən həyata keçirilir. CBCDG tərəfindən Saxtakarlıqla Mübarizə Sistemi (CDS) işlənib hazırlanmışdır ki, saxta pul kəsilməsində personal kompyuter, rəqəmsal surət çıxaran avadanlıq və proqram təminatının tətbiq edilməsinin qarşısı alınsın. CDS avadanlıq və proqram təminatı istehsalçıları tərəfindən könüllü olaraq qəbul olunmuş və personal kompyuter və rəqəmsal surət çıxaran avadanlıqlar üçün qorunan banknotların surətini çıxarmaq və ya onları reproduksiya etməyə imkan vermir. Lakin texnologiya personal kompyuter və ya rəqəmsal surət çıxaran avadanlıqların harada istifadə olunmasını izləyə bilmir.

Hansısa bir ölkə və ya istifadə etmək istədiniz banknota aid məlumatı əldə etmək üçün xəritədə müvafiq regiona basın və ya siyahıdan müvafiq ölkə və ya valyutanı seçin.

1.

Regionlar:

Siyahıdan regionu seçin və ya aşağıdakı xəritədə göstərib basın
 

Valyuta:

Ölkə:

Dil:

EUR – euro Almaniya, Andorra, Avstriya, Belçika, Estoniya, Çernoqoriya, Finlyandiya, Fransa (Fransız Qviana, Qvadelupa, Martinika, Mayot, Reünion, San Pyer və Miqelon, Fransanın Cənubi və Antarktika əraziləri daxil olmaqla), Hollandiya, Irlandiya, Ispaniya, Italiya, Kipr, Kosovo, Latviya, Litva, Lüksemburq, Malta, Monako, Portuqaliya, San-Marino, Slovakiya, Sloveniya, Vatikan, Yunanıstan. alman, bolqar, çex, danimarka, eston, fin, fransız, ingilis, irland, ispan, isveç, italyan, latış, litov, macar, malta, niderland, polyak, portuqal, rumın, slovak, sloven, xorvat, yunan.

Rəsmi bank və ya şöbə:

Əlaqə:

Istinadlar:

Avropa Mərkəzi Bankı Peşəkar istifadə üçün banknotların yüksək keyfiyyətli şəkilləri

Hüquqi məlumat

Euro banknotlarının nominal, spesifikasiya, reproduksiya, mübadilə və tədavüldən müsadirə edilməsi haqqında ECB/2013/10-19 aprel 2013-cü il tarixli-cü il tarixli Qərar (OJ L 118, 30.4.2013, p. 37)

Euro banknotların qeyri-qanuni reproduksiyası, mübadiləsi və tədavüldən müsadirə edilməsi ilə mübarizənin gücləndirilməsi haqqında ECB/2003/5-saylı 20 mart 2003-cü il tarixli Sərəncam (OJ L 78, 25.3.2003, p. 20)

Banknotların aşağı keyfiyyətli şəkilləri

Banknotların reproduksiyası haqqında ümumi məlumat:

Bu pul vahidlərinin qəsdən korlanılması cinayət hesab olunur.

Bu valyutanın reproduksiyaları təhqiredici kontekstində istifadə edilməməlidir (misal üçün, pornoqrafiya və ya zorakılıq materiallarının bir hissəsi kimi). Əlavə olaraq, Euro banknotları ilə bağlı müəllif hüquqları pozulan hallarda da reproduksiya çıxarılması qadağandır.

ECB/2003/5–saylı Sərəncamın 1-ci maddəsində qeyri-qanuni reproduksiya kriteriləri, ECB/2013/10–saylı Qərarın 2-ci maddəsində isə euro banknotlarının qeyri-qanuni surət çıxarılmasının kriteriləri təsvir edilir. Euro banknotların belə reproduksiya edilməsi tamamilə qadağandır. Həmin Qararın 2(3)-ci maddəsində xüsusi icazə tələb olunan qanuni reproduksiya çıxarılmasının kriteriləri göstərilir. Həmin kriterilər yerinə yetirilməyən hallarda reproduksiya qaydalarına riayət edilməsinin sübutunu təqdim etmək lazımdır.

Çap vasitələrlə reproduksiya:

Müəyyən məhdudlaşmalar nəzərdə tutulub. Misal üçün, razmer üçün məhdudlaşmalar reproduksiya birtərəfli və ya ikitərəfli olduğundan asılıdır. Ümümiyyətlə, reproduksialar qanuni olması üçün ECB/2013/10 -saylı Qərar və ECB/2003/5–saylı Sərəncamda nəzərdə tutulmuş qaydalar yerinə yetirilməlidir.

Elektron vasitələrlə reproduksiya:

Banknotun rəqəmsal şəkili sərbəst olaraq yayılan halda aşağıdakı iki kriterilərə uyğun olmalıdır:

  • Keyfiyyəti 72 dpi və ya aşağı olmalıdır.
  • Surətin üstündə çəpinə çəkilr “SPECIMEN” (örnək). Həmin yazı banknotun rəngindən kəskin sürətdə fərqlənməlidir, onun uzunluğu reproduksiyanın 75%, hərflərin hündürlüyü isə reproduksiyanın 15%-nı təşkil etməlidir.