Banknotlar və saxta pul kəsilməsinə qarşı tədbirlər

Bütün ölkələrdə banknot şəkillərinin reproduksiya edilməsi qanunla məhdudlaşdırılır. Saxta pul kəsilməsi cinayətdir və hər ölkədə belə məhdudlaşmaların dərəcəsi fərqlənsə də, bəzi dövlətlərdə banknot şəkillərinin hətta yaradıcılıq və ya reklam təyinatlı reproduksiya edilməsi kəskin sürətdə qadağandır. Bəzi hallarda banknot şəkillərinin istifadə olunmasna icazə verilən ölkələrdə isə xüsusi qayda və tələblər tətbiq edilir. Bu veb-saytda banknot şəkillərinin reproduksiya edilməsi haqqında məlumat və bu barədə daha ətraflı öyrənmək üçün bəzi ölkələrin veb-saytlarına istinadlar təqdim olunur.


Saxta pul kəsilməsindən cəmiyyətə vurulan zərər ümumiyyətlə az olduğuna baxmayaraq, ayrı-ayrı sakin və müəssisələr bundan ən çox ziyan görürlər, çünki saxta pulu qəbul edənlərə vurulan ziyanı heç kim ödəmir. Saxta pul kəsilməsi ödəniş sistemini inamdan sala bilər və sakinlərin nağd pulla hesablaşmalarını şübhə altına qoya bilər.

Bu veb-sayt layihəsi Mərkəzi Bankın Saxtakarlıqdan Müdafiə Qrupu (CBCDG) tərəfindən həyata keçirilir. CBCDG tərəfindən Saxtakarlıqla Mübarizə Sistemi (CDS) işlənib hazırlanmışdır ki, saxta pul kəsilməsində personal kompyuter, rəqəmsal surət çıxaran avadanlıq və proqram təminatının tətbiq edilməsinin qarşısı alınsın. CDS avadanlıq və proqram təminatı istehsalçıları tərəfindən könüllü olaraq qəbul olunmuş və personal kompyuter və rəqəmsal surət çıxaran avadanlıqlar üçün qorunan banknotların surətini çıxarmaq və ya onları reproduksiya etməyə imkan vermir. Lakin texnologiya personal kompyuter və ya rəqəmsal surət çıxaran avadanlıqların harada istifadə olunmasını izləyə bilmir.

Hansısa bir ölkə və ya istifadə etmək istədiniz banknota aid məlumatı əldə etmək üçün xəritədə müvafiq regiona basın və ya siyahıdan müvafiq ölkə və ya valyutanı seçin.

1.

Regionlar:

Siyahıdan regionu seçin və ya aşağıdakı xəritədə göstərib basın
 

Valyuta:

Ölkə:

Dil:

USD – ABŞ dolları, Federal ehtiyat sistemi banknotları Amerika Birləşmiş Ştatları ingilis

Rəsmi bank və ya şöbə:

Əlaqə:

Istinadlar:

Federal Ehtiyat Sisteminin İdarə Heyəti

The U.S. Currency Education Program
Board of Governors of the Federal Reserve System
20th and C Streets, NW
Washington, DC 20551
United States of America

Tel.: +1 202 452 3535
Faks: +1 202 872 7533
Email: uscurrency@frb.gov

Reproduksiya çıxarılması qaydaları

Federal Ehtiyat Sistemi Banknotlarının Şəkilləri

www.newmoney.gov

Federal Ehtiyat Sisteminin İdarə Heyəti

Banknotların reproduksiyası haqqında ümumi məlumat:

1992-ci ildə qəbul olunmuş Saxta Pulların Aşkar Olunması haqqında Qanun (Counterfeit Detection Act of 1992, Public Law 102-550) Federal Normalar Məcəlləsinin (Code of Federal Regulations) 31 titulunun 411 bölməsinə uyğun olaraq aşağıda göstərilən şərtləri yerinə yetirilən hallarda ABŞ valyutasının rəngli şəkillərinin çıxarılmasına icazə verir:

  1. Şəkilin uzunluq ölküsü əslin dörddə üçündən böyük olmamalı və yaxud əsldən bir yarım dəfə böyük olmalıdır.
  2. Şəkil birtərəfli olmalıdır.
  3. Bütün neqativlər, fotoplastinkalar, pozitivlər, rəqəmsal saxlanılma vasitələri, qrafika faylları, maqnit vasitələri, məlumatın optika saxlanılma vasitələri və banknotların tam və ya qismən şəkilləri olan və istehsal edilməsi üçün istifadə olunan başqa avadanlıq işlər sona çatdırılandan sonra məhv olunmalıdır.

Çap vasitələrlə reproduksiya:

Reklam məqsədləri üçün reproduksiya:
ABŞ Qanunlar Məcmuəsinin Bölmə 475, Cild 25, Maddə 18, Hissə 1-də (Öhdəlik və qiymətli kağızların imitasiyası; reklam) deyilir ki, hər hansı biznes və ya peşəkar kartı, bildiriş, plakat, sirkulyar, reklam vərəqəsini yaradan, çəkən, çap edən, cızan, düzəldən yaxud yayan, satan, dövriyyəyə buraxan yaxud istifadə edən, yaxud Konqresin hər hansı aktı ilə buraxılmış Amerika Birləşmiş Ştatlarının hər hansı öhdəlik və ya qiymətli kağızlarını əks etdirən formaya oxşar və ya ona bənzər formada reklam yaradan yaxud hər hansı belə vasitəni yazan, çap edən və ya başqa yolla əks etdirən yaxud Amerika Birləşmiş Ştatlarının belə vasitə, öhdəlik, qiymətli kağız və ya sikkəsinə, hər hansı biznes və ya peşəkar kartı, bildiriş, plakat və hər hansı reklama qoşan hər kəs bu qanunla cərimələnməlidir.