Ən çox soruşulan suallar

CBCDG nədir?

Mərkəzi Bankın Saxtakarlıqdan Müdafiə Qrupu (CBCDG) - 32 mərkəzi bank və banknot istehsalı ilə məşğul olan idarələrdən ibarət və G10 ölkələrin mərkəzi bankları tərəfindən təsis edilmiş iş qrupudur. Onun əsas məqsədi banknotların təhlükəsizliyinə olan eyni xətərləri öyrənib emissiya ilə məşğul olan orqanlara müvafiq tövsiyyələri verməkdir.

CBCDG rəqəmsal avadanlıq vasitəsilə saxta pul kəsilməsinə imkan verməyən texnologiyaların istehsalını maliyyələşdirir və yayır.

Iş qrupuna daxil olan 32 mərkəzi banklar aşağıdakı 31 ölkədəndir: Almaniya, Amerika Birləşmiş Ştatları, Avstraliya, Avstriya, Belçika, Birləşmiş Krallıq, Bolqarıstan, Kanada, Kipr, Çex Respublikası, Estoniya, Danimarka, Hollandiya, Finlyandiya, Fransa, Irlandiya, Ispaniya, Isveç, Isveçrə, Italiya, Yunanıstan, Yaponiya, Lüksemburq, Macarıstan, Malta, Norvec, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, Türkiyə. Avropa Mərkəzi Bankı da qurumun üzvüdür.

Inkişaf etmiş G10 ölkələrin mərkəzi banklarının rəhbərləri aşağıdakı 11 ölkələri təmsil edirlər: Almaniya, Amerika Birləşmiş Ştatları, Belçika, Birləşmiş Krallıq, Hollandiya, Fransa, Italiya, Isveç, Isveçrə, Kanada, Yaponiya.

Nəyə görə CBCDG saxta pul kəsilməsinə qarşı mübarizə aparır?

Saxta pul kəsilməsi kriminal cinayətdir. Saxta pulun qiyməti olmur.

Saxta pul kəsilməsindən cəmiyyətə vurulan zərər ümumiyyətlə az olmasına baxmayaraq, saxta pulu qəbul edən ayrı-ayrı sakin və müəssisələr bundan ən çox ziyan görürlər, çünki onlara heç kim vurulan ziyanı ödəmir. Saxta pul kəsilməsi ödəniş sistemini inamdan sala bilər və sakinlərin nağd pulla hesablaşmalarını şübhə altına qoya bilər.

Mərkəzi banklar saxta pul kəsilməsinə qarşı mübarizə aparırlar. Bu məqsədlə onlar yüksək dərəcəli müdafiəsi olan banknot işləyib hazırlayır və buraxır, bu barədə əhalini xəbərdar edirlər ki, sakin və müəssisələr üçün saxta pul qəbul etməkdən vurulan ziyan daha azalsın.


CBCDG saxta pul kəsilməsindən irəli gələn nəticələrin yumşaldmaq üçün hansı işlər görür?

CBCDG tərəfindən dəstək verilən saxta pul kəsilməsinə qarşı texnolociyalar saxta pul kəsilməsində rəqəmsal avadanlıqdan istifadə edilməsinə imkan vermir, saxta pul kəsilmir və bununla da hər hansı sakin və müəssisələrə vurula bilən ziyanın dərəcəsi azalır.

CDS nədir?

Saxtakarlıqla Mübarizə Sistemi (CDS) saxta pul kəsilməsində personal kompyuter, rəqəmsal surət çıxaran avadanlıq və proqram təminatının tətbiq edilməsinin və müdafiə olunmuş banknotların surətini çıxarıb reproduksiya edilməsinin qarşısını alan saxta pul kəsilməsinə qarşı texnologiyalardan ibarətdir. Həmin sistem banknotların qeyri-qanuni reproduksiyasının qarşısını alır və saxtap pulun qəbul etməkdən sakin və müəssisələrə vurula bilən ziyandan qoruyur.

CDS sistemi hakimiyyət orqanlarına istehlakçılar haqqında məlumat əldə etməyə imkan verirmi?

Xeyr. CDS yalnız saxta pul kəsilməsində personal kompyuter, rəqəmsal surət çıxaran avadanlıq və proqram təminatının tətbiq edilməsinin qarşısını almaq məqsədilə işlənib hazırlanmışdır. CDS sistemi personal kompyuter və ya rəqəmsal surət çıxaran avadanlığın istifadə olunmasını izləyə bilmir. Müstəqil olaraq üçüncü tərəf yoxlamalar CDS keçirmış və təsdiq etmilmişdir ki, CDS sistemi istehlakçılar haqqında məlumat toplamaq üçün heç cür istifadə edilə bilməz.

CDS sistemi personal kompyuterin səmərəli işləməsinə təsir göstərirmi?

Istehlakçılar CDS sistemi ilə təchiz olunmuş personal kompyuterlərin işində heç bir fərq qeyd etməyəcəklər. CBCDG-ın nümayəndələri avadanlıq və proqram təminatının istehsalçıları ilə işləyirlər ki, buraxılan məhsulların səmərəliliyinə zərər vurulmasın.

Hansı istehsalçılar CDS sistemini qəbul edib?

Bir sıra aparıcı avadanlıq və proqram təminatı istehsalçıları saxta puldan onların müştərilərinə və ümumiyyətlə bütün əhaliyə vurula bilən ziyanın dərəcəsini dərk edərək könüllü olaraq CDS sistemini qəbul etmişdilər.

CDS sistemi nə üçün lazımdır?

Baxmayaraq ki, ayrı-ayrı ölkələrdə saxta pul kəsilməsində personal kompyuter və rəqəmsal surət çıxaran avadanlıqdan istifadə edilməsi fərqlənir, yeni texnologiyalar saxta pul kəsilməsini daha asan bir prosesə çevirmişdir. Ümumiyyətlə saxta pulun miqdarı azdır, lakin CBCDG həm saxta pul kəsilməsində rəqəmsal texnolociyaların tətbiq olunmasının qarşısını almaq həm də kağız pulların daha müdafiə etmək sahələrində çalışır.

CDS sistemi banknotları daha yüksək müdafiə edəcəkmi?

Kağız pulların müdafiəsi bir kompleks qoruyucu usulların işlədilməsi və əhali pulların həqiqiliyi haqqında xəbərdar edilməsi yolu ilə təmin olunur. Hər ölkədə emissiya ilə məşğul olan orqanın saxta pul kəsilməsinə qarşı öz proqramı mövcuddur və həmin orqan ölkənin valyutası üçün müvafiq müdafiə usullar yığımını seçib təyin edir. CDS sistemi elə müdafiə usulundan biridir ki, emissiya ilə məşğul olan orqan saxta pul kəsilməsinə qarşı mübarizədə istifadə edə bilər.

Personal kompyuterlərdə saxta pul kəsilməsinə qarşı texnologiyaların tətbiq olunması qanuniləşdiriləcəkmi?

Bir sıra ölkələrdə müvafiq qanunlar, alınma üçün tövsiyyələr və idxal üçün məhdudlaşmalar müzakirə olunur. Əlavə məlumat əldə etmək üçün müvafiq ölkələrin qanunverici orqanları ilə məsləhətləşmək lazımdır.