$ USD - ABŞ Dolları
Rəsmi bank və ya şöbə
Federal Rezerv Sisteminin İdarəedicilər Şurası
Ölkə
- Amerika Birləşmiş Ştatları
Dil
- ingilis
Əlaqə
The U.S. Currency Education Program Board of Governors of the Federal Reserve System 20th and C Streets, NW Washington, DC 20551 United States of America
Tel.: +1 202 452 3535 Faks: +1 202 872 7533 Əlaqə forması
Istinadlar
Banknotların reproduksiyası haqqında ümumi məlumat
1992-ci il tarixli Saxta pulların aşkar edilməsi haqqında qanun, Dövlət qanunu 102-550, Federal qaydalar külliyyatının 31-ci fəslinin 411-ci maddəsi ABŞ valyutasının rəngli təsvirlərinin aşağıdakı şərtlər ilə istifadəsinə icazə verirlər: 1. təsvirin xətti ölçüsü təsvir olunan elementin hər hissəsinin dörddə üçünün azını təşkil edir və ya 1,5 dəfə böyükdür; 2. təsvir birtərəflidir; və 3. illüstrasiya yaradılarkən istifadə olunan bütün neqativlər, lövhələr, pozitivlər, rəqəmsal daşıyıcılar, qrafik fayllar, maqnit daşıyıcılar, optik yığıcılar və illüstrasiyanın və ya onun hər hansı bir hissəsinin təsvirini daxil edən hər hansı digər alətlər son istifadədən sonra məhv edilməli və/və ya silinməli və ya pozulmalıdır.
Çap vasitələrlə reproduksiya
Reklam məqsədləri üçün dərc edilməsi: ABŞ qanunlar külliyyatının I-ci hissəsinin 18-ci bölməsinin 25-ci fəslinin 475-ci maddəsinə [Öhdəliklərin və ya qiymətli kağızların təqlidi; reklam materialları] əsasən, Konqresin istənilən qanunu çərçivəsində və ya əsasında buraxılmış Birləşmiş Ştatların hər hansı bir öhdəliyinə və ya qiymətli kağızına oxşar hər hansı işgüzar kartlar və ya peşə vəsiqələri, bildirişlər, elanlar, məlumat məktubları, vərəqələr və ya reklamların dizaynının işlənib hazırlanması, həkk edilməsi, çapı, hazırlanması və ya icrası, eləcə də mübadiləsi, buraxılması, yayılması, tirajlanması və ya istifadəsi və yaxud Birləşmiş Ştatların öhdəliyi və ya qiymətli kağızı və yaxud istənilən sikkəsi, hər hansı bir işgüzar kartı və ya peşəkar vəsiqəsi, bildiriş və ya istənilən növ reklamının göstərilməsi, çapı və ya digər şəkildə nəşri və ya istənilən bu cür sənədə əlavə edilməsi bu bölməyə uyğun olaraq cərimələnir.
