Bütün ölkələrdə banknot şəkillərinin reproduksiya edilməsi qanunla məhdudlaşdırılır. Saxta pul kəsilməsi cinayətdir və hər ölkədə belə məhdudlaşmaların dərəcəsi fərqlənsə də, bəzi dövlətlərdə banknot şəkillərinin hətta yaradıcılıq və ya reklam təyinatlı reproduksiya edilməsi kəskin sürətdə qadağandır. Bəzi hallarda banknot şəkillərinin istifadə olunmasna icazə verilən ölkələrdə isə xüsusi qayda və tələblər tətbiq edilir. Bu veb-saytda banknot şəkillərinin reproduksiya edilməsi haqqında məlumat və bu barədə daha ətraflı öyrənmək üçün bəzi ölkələrin veb-saytlarına istinadlar təqdim olunur.
Çox oxuyun

Saxta pul kəsilməsindən cəmiyyətə vurulan zərər ümumiyyətlə az olduğuna baxmayaraq, ayrı-ayrı sakin və müəssisələr bundan ən çox ziyan görürlər, çünki saxta pulu qəbul edənlərə vurulan ziyanı heç kim ödəmir. Saxta pul kəsilməsi ödəniş sistemini inamdan sala bilər və sakinlərin nağd pulla hesablaşmalarını şübhə altına qoya bilər.
Bu veb-sayt layihəsi Mərkəzi Bankın Saxtakarlıqdan Müdafiə Qrupu (CBCDG) tərəfindən həyata keçirilir. CBCDG tərəfindən Saxtakarlıqla Mübarizə Sistemi (CDS) işlənib hazırlanmışdır ki, saxta pul kəsilməsində personal kompyuter, rəqəmsal surət çıxaran avadanlıq və proqram təminatının tətbiq edilməsinin qarşısı alınsın. CDS avadanlıq və proqram təminatı istehsalçıları tərəfindən könüllü olaraq qəbul olunmuş və personal kompyuter və rəqəmsal surət çıxaran avadanlıqlar üçün qorunan banknotların surətini çıxarmaq və ya onları reproduksiya etməyə imkan vermir. Lakin texnologiya personal kompyuter və ya rəqəmsal surət çıxaran avadanlıqların harada istifadə olunmasını izləyə bilmir.
Hansısa bir ölkə və ya istifadə etmək istədiniz banknota aid məlumatı əldə etmək üçün xəritədə müvafiq regiona basın və ya siyahıdan müvafiq ölkə və ya valyutanı seçin.
Az oxuyun