£
GBP
Ingiltərə funt sterlinqi
Rəsmi bank və ya şöbə

İngiltərə Bankı

Ölkə
Birləşmiş Krallıq
Dil
ingilis
Əlaqə

Reproductions Officer
Bank of England
Threadneedle Street
London EC2R 8AH
United Kingdom

E-poçt banknote.reproductions@bankofengland.co.uk

Banknotların reproduksiyası haqqında ümumi məlumat

1981-ci ildə qəbul edilmiş "Saxtalaşdırma və saxtakarlıq haqqında" Qanunun 18 (1) maddəsinə uyğun olaraq, hər hansı şəxs tərəfindən istəniləni İngiltərə Bankının banknotunun tam ölçülü və ya qismən hər hansı maddədə və düzgün və ya yanlış miqyasda reproduksiyası İngiltərə Bankının öncədən yazılı razılığı olmadan cinayət hesab edilir. İngiltərə Bankı həmçinin öz banknotlarının müəllif hüquqlarına sahibdir.

Banknotların reproduksiyaları təhqiredici və yersiz kontekstdə və ya bankın fikrincə valyutanın bütövlüyünü şübhə altına ala biləcək formada ola bilməz.

Prosedur

İngiltərə Bankının banknotlarının təsvirlərini istifadə etməyi arzu edənlərin üç seçimi var:

  1. Banknot Təsvirləri Kitabxanası: Razılıq verilmiş təsvirlər banknot təsvirləri kitabxanamızda yerləşir. İstifadəçilər təsvirlərdən istifadə edərkən reproduksiya tələblərini və şərtlərini qəbul etməlidirlər. Şərtləri yerinə yetirməmə hüquqi məsuliyyətlə nəticələnə bilər.
    İngiltərə Bankının Banknot Təsvirləri Kitabxanası
  2. Banknotun Reproduksiyaları Ərizəsi: İngiltərə Bankının banknotlarının təsvirlərini istifadə etdikləri zaman fərdlər icazəni bizim tələbləri və şərhləri izah edən Banknot reproduksiyaları ərizə formasını internetdə dorluraraq almalıdırlar.
    Banknotun Reproduksiyaları Ərizəsi Formu:
  3. Çap edilə bilən ərizə formunun çap edib doldurmaqla aşağıda göstərilmiş ünvana göndərərək poçt vasitəsilə müraciət etmək mümkündür. Banknotların Reproduksiya Bölməsinin Direktoru ərizənin alınmasından 5 iş günü ərzində cavab verməyə çalışacaq.
    Çap edilə bilən ərizə formu

Banknotların reproduksiyası haqqında məktub aşağıdakı ünvana göndərilməlidir:

Bank of England

Banknote Reproductions Officer

Notes Directorate

Threadneedle Street London EC2R 8AH

İngiltərə Bankının Banknotların Reproduksiyası Bölməsinin Direktoruna aşağıdakı əlaqə vasitələri ilə müraciət etmək olar: banknote.reproductions@bankofengland.co.uk və ya +44 (0)20 7601 4028.

Çap vasitələrlə reproduksiya

Fiziki reproduksiyalar üçün banknotların təsvirinin reproduksiyasına, bir qayda olaraq, aşağıda göstərilən kriteriyalara riayət olunduqda icazə verilir:

  1. Rproduksiyalar yalnız birtərəflidir.
  2. Reproduksiyalar faktiki banknotların ölçüsünə uyğun gəlməməlidir. Onlar ən azı 25% daha kiçik və ya ən azı 25% daha geniş olmalıdır. Banknotların qismən reproduksiyaları eyni şərtlərə cavab verməlidir.
  3. Banknotların reproduksiyaları təhqiredici və yersiz kontekstdə və ya bankın fikrincə valyutanın bütövlüyünü şübhə altına ala biləcək formada ola bilməz.
  4. Kraliçanın təsvirində təhriflər (genişlənmə, kiçildilmə və ya əyilmədən əlavə) olmamalıdır.

    Aşağıdakı şərtlərdən ən azından birinə əməl edilməlidir:

  1. Reproduksiyalar İngiltərə Bankının Banknotlarının çap edilməsi üçün istifadə edilən materiallardan aydın şəkildə fərqlənən və müxtəlif növ material üzərində çap edilməlidir.
  2. 20 ̊-dən çox əyilmə olduğu zaman bir tərəfin tam səthinin 50%-dən çoxunu göstərən reproduksiyalar "SPECIMEN" sözü ilə çap edilməlidir. SPECIMEN işarələri banknotun mərkəzindən 45 ̊ əyilmə ilə boz rəngdə olmalı, eni 1/3 və hündürlüyü 1/10-dən az olmamalıdır.
  3. Bir tərəfin tam səthinin 50%-dən azını göstərən reproduksiyaların əyilməyə və ya "SPECIMEN" sözü ilə çap edilməyə ehtiyacı yoxdur.
Elektron vasitələrlə reproduksiya

Rəqəmsal/Digər reproduksiyalar üçün banknotların təsvirinin reproduksiyasına, bir qayda olaraq, aşağıda göstərilən kriteriyalara riayət olunduqda icazə verilir:

  1. Banknotların reproduksiyaları təhqiredici və yersiz kontekstdə və ya bankın fikrincə valyutanın bütövlüyünü şübhə altına ala biləcək formada ola bilməz.
  2. Kraliçanın təsvirində təhriflər (genişlənmə, kiçildilmə və ya əyilmədən əlavə) olmamalıdır.

Aşağıdakı şərtlərdən ən azından birinə əməl edilməlidir:

  1. 20 ̊-dən çox əyilmə olduğu zaman bir tərəfin tam səthinin 50%-dən çoxunu göstərən reproduksiyalar "SPECIMEN" sözü ilə çap edilməlidir. SPECIMEN işarələri banknotun mərkəzindən 45 ̊ əyilmə ilə boz rəngdə olmalı, eni 1/3 və hündürlüyü 1/10-dən az olmamalıdır.
  2. Bir tərəfin tam səthinin 50%-dən azını göstərən reproduksiyaların əyilməyə və ya "SPECIMEN" sözü ilə çap edilməyə ehtiyacı yoxdur.