Məxfilik siyasəti

Mərkəzi Bankın Saxtakarlıqdan Müdafiə Qrupu (CBCDG) sizin şəxsi məlumatınızı qoruyub saxlamaq öhdəliyini yerinə yetirir. Aşağına qeyd edilən hallar istisna olmaqla, CBCDG veb-sayt vasitəsilə əldə edilmiş məlumatı toplamır, satmır, mübadilə etmir və başqa yolla yaymır:

Siz veb-saytımızı açanda tərəfimizdən müvəqqəti olaraq toplanan və saxlanılan məlumat

CBCDG veb-saytımıza girib-çıxanları izləmir. CBCDG yalnız sistemin ümumi işini və istifadə edilməsini təhlil etmək məqsədi ilə tətbiq etdiyiniz internet qoşulması haqqında məlumatı avtomatik surətdə toplayır və müvəqqəti olaraq saxlayır. Həmin məlumat belə tərkibi hissələrdən ibarətdir:

  • veb-saytımıza daxil olduğunuz tarix və vaxt;
  • açdığınız səhifə;
  • veb-saytımıza daxil olunarkən istifadə edilən əməliyyat sistemi və brauzer növü (məsələn, Internet Explorer);
  • veb-saytımıza daxil olduğunuz IP (Internet Protocol) ünvanı (IP ünvanı kompyuteriniz internetlə qoşulan anda ona avtomatik olaraq verilən say nömrəsidir) – biz həmin məlumatı hansısa şəxs və xüsusi istifadəçilərlə əlaqələndirmirik.

Statistika məqsədləri üçün təhlil olunduqdan sonra həmin məlumat silinir. CBCDG xidmətlərinə nəzarət etmək üçün bir seanslıq "cookie"lərdən istifadə edir («cookie» kompyuterinizin yaddaşına veb-sayt tərəfindən yazılan məlumatdır, hansı ki adətən siz bilmədən veb-saytı necə istifadə etdiyinizi izləməyə imkan yaradır). Brauzer bağlandıqda yaxud kompüter söndürülüb-yandırıldıqda kuki silinir.

Bu vebsayta baxmağa davam etməyiniz, kukilərin istifadəsinə razı olmağınız anlamına gəlir.

CBCDG-na e-mail məktubu göndərirsinizsə, biz hesab edirik ki, siz məktubda olan məlumatı bü siyasətə uyğun olaraq CBCDG tərəfindən istifadə edilməsinə razılığınızı verirsiniz.

Adınız və başqa məlumatı təqdim edən təqdirdə CBCDG həmin məlumatı sual və ya sorğunuza əməl etmək üçün istifadə edəcəkdir. Məhkəmə müzakirəsi kimi bəzi hallarda təqdim etdiyiniz məlumatı qanuna əsasən açmağa məcbur oluna bilərik.

Nəzərə almaq lazımdır ki, e-mail ünvanı həməşə gizli saxlanılmamalıdır, buna görə də e-mail ünvanları veb-saytımızda açıqdır.

Məlumatı necə istifadə edirik

CBCDG həm avtomatik olaraq toplanılan həm də tərəfinizdən təqdim edilə bilən məlumatı xüsusi veb-səhifələrə ehtiyacı məhdudlaşdırmaq, veb-saytı inkişaf etdirmək və istifadəçilərin ehtiyac və sorğularına uyğun gəlmək üçün isifadə edir.

Baxmayaraq ki, bizə daxil olan sual, izah və başqa materiallar daimi olaraq saxlanılmır, nəzərə almaq lazımdır ki, istər elektron istər də kağızda daxil olan hər hansı poçt CBCDG daimi olaraq saxlanıla bilər.

Veb-saytın təhlükəsizliyi

Veb-saytımızın təhlükəsizliyini və veb-saytımıza bütün istifadəçilərimizin daxil olmaq qabiliyyətini qoruyub saxlamaq üçün şəbəkə trafikinə nəzarət etmək və icazəsiz daxil olub məlumat yükləmək və ya dəyişdirmək və ya başqa yolla zərər vurulmasının qarşısını almaq məqsədilə CBCDG müvafiq proqram təminatını tətbiq edir.

Xarici istinadlar

Bu veb-saytda başqa veb-saytlara istinadlar yerləşdirilib. CBCDG həmin veb-saytların məxfilik təcrübəsi və məzmununa görə məsuliyyat daşımır.

Veb-saytla bağlı bizimlə necə əlaqə saxlamaq olar

Əgər təqdim etdiyiniz məlumat veb-saytımızda necə istifadə olunacaq və ya CBCDG-un məxfilik siyasəti və məlumatın istifadə olunma qaydaları haqqında suallarınız varsa CBCDG ünvanına elektron məktub göndərə bilərsinizz.