Mərkəzi banklar və informasiya texnologiya sənayesi saxta pul kəsilməsinə qarşı mübarizədə güclərini birləşdirirlər

9 mart 2004
Beynəlxalq Hesablaşmalar Bankı (yeni məlumat daxil edilmişdir)

Personal kompyuterlər və rəqəmsal surət çıxaran avadanlıqdan istifadə edilməsinin artımına cavab olaraq G10 ölkələrin mərkəzi banklarının rəhbərləri 2000-ci ilin may ayında mərkəzi banklar qrupuna personal kompyuterlərlə saxta pul kəsilməsinin qarşısının alınması sistemini işləyib hazırlanmasını tapşırmışdılar. 2004-cü ilə keçirilmiş görüşdə rəhbərlər bü sahədə əldə edilmiş əzəmiyyətli irəliləmə olduğunu qeyd edmişdilər.

Mərkəzi Bankın Saxtakarlıqdan Müdafiə Qrupu (CBCDG) tərəfindən hazırda Saxtakarlıqla Mübarizə Sistemi işlənib hazırlanmışdır və həmin sistemdə personal kompyuter və rəqəmsal surət çıxaran avadanlıq üçün qorunan banknotların surətini çıxarmaq və ya onları reproduksiya etməyə imkan verməyən texnologiyalar tətbiq edilir.

Bir sıra aparıcı personal kompyuter və proqram təminatı istehsalçıları bu sistemi könüllü qəbul etmiş və bu addımla saxta pul onların müştərilərinə və ümumiyyətlə cəmiyyətə vura biləcək ziyanın dərəcəsini dərk etdiklərini bildirmişdilər. Texnologiya personal kompyuter və ya rəqəmsal surət çıxaran avadanlıqların harada istifadə olunmasını izləmgk qabiliyyəti yoxdur və müştərilər həmin texnologiyalar tətbiq olunan məhsulların işi və ya efektliyində heç bir fərq qeyd etməyəcəklər.

Əlavə məlumatı www.rulesforuse.org ünvanında əldə etmək olar və orada müxtəlif ölkələrin banknot reproduksiyasına aid qanunvericilik materiallarına istinadlar vardır. Yeni texnologiya banknotların surətini çıxarmağa imkan verməyən ölkələrdə mərkəzi bank (və ya müvafiq hökümət orqanı) müəyyən tələblərə uyğun gələn reproduksiya üçün yararlı banknotları təqdim edir. www.rulesforuse.org veb-saytında müvafiq ölkələrdə müştərilər üçün banknot surətlərinin əldə edilmə prosedurları və mənbələri haqqında məlumat təqdim olunur.

CBCDG nədir?

CBCDG-ın əsas məqsədi banknotların təhlükəsizliyinə olan xətərləri öyrənib emissiya ilə məşğul olan orqanlara müvafiq tövsiyyələri verməkdir. CBCDG – bir çox mərkəzi bank və banknot istehsalı ilə məşğul olan idarələrdən ibarət iş qrupudur.