8 may 2000-ci il tarixində Bazel şəhərində keçirilmiş görüşdə G10 ölkələrin mərkəzi bankların rəhbərləri saxta pul kəsilməsində personal kompyuterlərdən istifadə olunması problemini müzakirə etmişdilər.
Personal kompyuterlər və rəqəmsal surət çıxaran avadanlıqdan istifadə edilməsinin artımına cavab olaraq rəhbərlər mərkəzi banklar qrupuna (CBCDG) personal kompyuterlərlə saxta pul kəsilməsinin qarşısının alınması sistemini işləyib hazırlanmasını tapşırmışdılar.
Mərkəzi Bankın Saxtakarlıqdan Müdafiə Qrupu (Central Bank Counterfeit Deterrence Group, CBCDG) və onun nümayəndələri müvafiq sahə müəssisələrdən yardım istəmiş və sistemin işə salınmasını yüngülləşdirmək məqsədilə avadanlıq və proqram təminatı istehsalçıları ilə əməkdaşlığa başlamışdır. Mərkəzi bankların rəhbərləri bu işləri tam şəkildə dəstəkləyir və sahə müəssisələrini sistemin işlənib hazırlanmasına yardım göstərməyə çağırırlar.