Avropa Mərkəzi Bankı
Euro banknotlarının nominal, spesifikasiya, reproduksiya, mübadilə və tədavüldən müsadirə edilməsi haqqında ECB/2013/10-19 aprel 2013-cü il tarixli-cü il tarixli Qərar (OJ L 118, 30.4.2013, p. 37)
Euro banknotların qeyri-qanuni reproduksiyası, mübadiləsi və tədavüldən müsadirə edilməsi ilə mübarizənin gücləndirilməsi haqqında ECB/2003/5-saylı 20 mart 2003-cü il tarixli Sərəncam (OJ L 78, 25.3.2003, p. 20)
Bu pul vahidlərinin qəsdən korlanılması cinayət hesab olunur.
Bu valyutanın reproduksiyaları təhqiredici kontekstində istifadə edilməməlidir (misal üçün, pornoqrafiya və ya zorakılıq materiallarının bir hissəsi kimi). Əlavə olaraq, Euro banknotları ilə bağlı müəllif hüquqları pozulan hallarda da reproduksiya çıxarılması qadağandır.
ECB/2003/5–saylı Sərəncamın 1-ci maddəsində qeyri-qanuni reproduksiya kriteriləri, ECB/2013/10–saylı Qərarın 2-ci maddəsində isə euro banknotlarının qeyri-qanuni surət çıxarılmasının kriteriləri təsvir edilir. Euro banknotların belə reproduksiya edilməsi tamamilə qadağandır. Həmin Qararın 2(3)-ci maddəsində xüsusi icazə tələb olunan qanuni reproduksiya çıxarılmasının kriteriləri göstərilir. Həmin kriterilər yerinə yetirilməyən hallarda reproduksiya qaydalarına riayət edilməsinin sübutunu təqdim etmək lazımdır.
Müəyyən məhdudlaşmalar nəzərdə tutulub. Misal üçün, razmer üçün məhdudlaşmalar reproduksiya birtərəfli və ya ikitərəfli olduğundan asılıdır. Ümümiyyətlə, reproduksialar qanuni olması üçün ECB/2013/10 -saylı Qərar və ECB/2003/5–saylı Sərəncamda nəzərdə tutulmuş qaydalar yerinə yetirilməlidir.
Banknotun rəqəmsal şəkili sərbəst olaraq yayılan halda aşağıdakı iki kriterilərə uyğun olmalıdır:
- Keyfiyyəti 72 dpi və ya aşağı olmalıdır.
- Surətin üstündə çəpinə çəkilr “SPECIMEN” (örnək). Həmin yazı banknotun rəngindən kəskin sürətdə fərqlənməlidir, onun uzunluğu reproduksiyanın 75%, hərflərin hündürlüyü isə reproduksiyanın 15%-nı təşkil etməlidir.